- Köhnə - Kriminal
- 7 Mart 2014 18:29
- 4 140
47 yaşlı kişi qətlə yetirilib - Zaqatalada

Zaqatala Mərkəzi Rayon Xəstəxanasından APA-ya verilən məlumata görə, hadisə bu gün axşam saatlarında qeydə alınıb. Rayonun Yuxarı Tala kənd sakini, 1967-ci il təvəllüdlü Elxan Mömin oğlu Teymurxanov ürək nahiyəsindən aldığı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Həkimlərin müdaxiləsinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.
Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
AzNews.az