Bakıda yerləşən kafedə müştərilər mahnı üstündə bıçaq davasına çıxıblar. Bakıda yerləşən kafedə müştərilər mahnı üstündə bıçaq davasına çıxıblar.

Fəhlələrin mahnı sifarişi qan saldı

Bakıda yerləşən kafedə müştərilər mahnı üstündə bıçaq davasına çıxıblar.



Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən "Yaşıl ada" kafesinə gələn müştərilər arasında dava düşüb.

Sabunçu Rayon Polis İdarəsindən milli.az-a verilən məlumata görə, kafedə Ağdam sakini Vüqar Quliyev sifariş verdiyi yeməyə mahnı ilə rəng qatıb. O, özü üçün musiqi sifariş verərək dinləyirmiş.

Bu zaman başqa bir müştəri - Ramil Mayılov müsiqiçilərə yaxınlaşaraq ayrı mahnı sifariş verib. Sifarişinin yarıda kəsilməsinə əsəbləşən V.Quliyev bıçaqla Ramilə ağır xəsarət yetirib.

Sabunçu RPİ-nin 13-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Vüqar Quliyev tutulub.

Maraqlıdır ki, hər iki şəxs fəhləliklə məşğul olur.