Azərbaycanın daxili işlər orqanları tərəfindən gün ərzində 59 cinayət faktı qeydə alınıb, onların da 19-u “isti izlər”lə açılıb. Azərbaycanın daxili işlər orqanları tərəfindən gün ərzində 59 cinayət faktı qeydə alınıb, onların da 19-u “isti izlər”lə açılıb.

Azərbaycanda 28 cinayətkar tutulub

Azərbaycanın daxili işlər orqanları tərəfindən gün ərzində 59 cinayət faktı qeydə alınıb, onların da 19-u “isti izlər”lə açılıb.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 20 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 2 nəfər yaralanıb.


Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib.
Cinayət törətdiklərinə görə 28 nəfər tutulub.