- Köhnə - Kriminal
- 9 Sentyabr 2015 14:48
- 4 355
Bərdədə üç nəfər bıçaqlandı
Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.
AzNews.az APA-ya istinadən xəbər verir ki, müxtəlif dərəcəli bıçaq xəsarətləri ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən rayon sakinləri - Vaqif Orucov, Rəvan Şahbazov və Elgiz Ələkbərovun vəziyyət orta-ağır qiymətləndirilir.
Bıçaqlanma hadisəsinin rayonun Zümürxan kəndində mübahisə zəminində baş verdiyi bildirilir.