Azərbaycanda yanacaqdoldurma məntəqəsini partladacağı ilə hədələyən şəxs yaxalanıb. Azərbaycanda yanacaqdoldurma məntəqəsini partladacağı ilə hədələyən şəxs yaxalanıb.

Yanacaq aldı, pulunu ödəmədi - Məntəqəni partladacağı ilə hədələdi

Azərbaycanda yanacaqdoldurma məntəqəsini partladacağı ilə hədələyən şəxs yaxalanıb.



AzNews.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, hadisə Goranboy rayonu ərazisində baş verib. Yanvarın 1-də Goranboy rayonunun Goran qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqələrindən birinə "VAZ-2107" markalı avtomobildə gəlmiş şəxs aldığı 30 litr yanacağın pulunu ödəməyib. Habelə operator Cümşüd Babayevi məntəqəni partladacağı ilə hədələyərək, hadisə yerini tərk edib.

Goranboy RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Mingəçevir şəhər sakini Andrey Rıbkin tutulub.