Astanada fəaliyyət göstərən TWESCO təşkilatı, Beynəlxalq Türk Akademiyası Monqoliyada arxeoloji qazıntılara başlayıb. Astanada fəaliyyət göstərən TWESCO təşkilatı, Beynəlxalq Türk Akademiyası Monqoliyada arxeoloji qazıntılara başlayıb.

Monqolustanda arxeoloji qazıntılara başlandı

Astanada fəaliyyət göstərən TWESCO təşkilatı, Beynəlxalq Türk Akademiyası Monqoliyada arxeoloji qazıntılara başlayıb.


AzNews.az xəbər verir ki, "Şivet ulan" məqbərə kompleksində başlanan arxeoloji qazıntılar dünya türk elminə yeni sirlər açacaq.

Qeyd edək ki, layihəni Monqoliya Elmlər Akademiyasının Tarix və arxeologiya institutu həyata keçirir. Bu barədə bu il Beynəlxalq Türk Akademiyasının keçirdiyi "Böyük Çöl" humanitar forumunda əməkdaşlıq razılaşması imzalanıb.

İki ay müddətində davam edəcək qazıntıların əsas məqsədi qədim türklərin etno-mədəni və arxeoloji irsini müəyyən etməkdir.

Arxeoloji qazıntılara Monqoliya tərəfdən məşhur arxeoloq D.Çevendorj, Qazaxıstan tərəfdən isə alim-türkoloq N.Bazilxan rəhbərlik edirlər.

Qazıntılar yekunlaşandan sonra, bu il 20 -25 avqust tarixlərində TWESCO "Köçərilərin Böyük Çöldəki xəzinəsi: Tyan-Şandan Öteməenə qədər" adlı beynəlxalq ekspedisiya təşkil edəcək. Ekspedisiyanın tərkibinə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Monqoliya, Rusiya və Türkiyədən olan alimlər və ictimai xadimlər dəvət olunublar.