- Köhnə - Maraqlı
- 3 Dekabr 2012 22:36
- 1 937
10 min zombi bir araya gəldi - FOTO

2010-cu ildə keçirilən parad Ginnesin rekordlar kitabına zombilərin ən çox toplaşdığı tədbir kimi düşüb. O zaman paradda 5 minə yaxın zombi iştirak edib.
Qeyd olunur ki, parada həvəs göstərənlər arasında nəinki böyüklər, hətta uşaqlar da var.
Zombi paradları dünyanın müxtəlif şəhərlərində keçirilir. Bu tədbirlərin sayı oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə Hellouin bayramının qeyd edilməsi ərəfəsində daha çox olur. Əsasən bu cür tədbirlər xeyriyyə məqsədi daşıyır.
Xatırladaq ki, bu ilin martında Portlenddə (ABŞ-ın Oreqon ştatı) "Trackers Earth" şirkəti apokalipsisdən sonra sağ qalma kursları açıb. Uşaqlar üçün ayrıca təşkil olunan kurslarda onlara "diri ölülərə" sevgi aşılanır.
İnci
AzNews.az