Mikroskopik nanorobotlar sayəsində hər şey yenidən yaradılacaq Mikroskopik nanorobotlar sayəsində hər şey yenidən yaradılacaq

ŞOK: Ölənləri geri qaytarmaq mümkün olacaq

Mikroskopik nanorobotlar sayəsində hər şey yenidən yaradılacaq




Mühəndislik direktoru kimi "Google"a qatılan elm xadimi Ray Kurzveil "New York Times" qəzetinə verdiyi açıqlamalarla bütün dünyanı şok edib.

Alim insanların sonsuza qədər yaşamasının, hətta ölən ataların belə geri gətirilməsinin mümkünlüyünü söyləyib. Müxbirin "Öləcəyiniz ili təxmin etmək istəyirsiniz? "sualını cavablandıran R.Kurzveil 15 ildən sonra bir çox şeylərin dəyişəcəyini vurğulayıb: "Mənim planıma görə, əgər 15 il daha yaşamağı bacarsanız, bu tarixdən sonra normal ömrünüzün üzərinə hər il daha 1 il əlavə edə bilərsiniz".

Müxbirin "Ölümsüz qalacağınızı təxmin edirsiniz?" sualını cavablandıran alim sonsuzluğun olmadığını vurğulayıb: "Gələcəkdə istehsal edəcəyimiz mikroskopik nanorobotlar sayəsində insan vücudu daxil olmaqla hər şeyi yenidən yaratmaq mümkün olacaq. Mikposkopik nanorobotlarla vücud yaratmaq fikri 2050-ci illərdə gerçəkləşə bilər. Ancaq 2030-cu illərdən etibarən immunitetimizi gücləndirmək, xəstəliklərdən qurtulmaq üçün milyonlarca nano-robotun bədənimizə yerləşdirilməsi mümkün olacaq".

22 yaşında olarkən musiqiçi atasını itirən alim onun DNA-sı ve özündən sonra qalan musiqisi, notları ilə onu yenidən canlandıra biləcəyini iddia edib. Onun sözlərinə görə, 2029-cu ildən etibarən kompyuterlər çox duyğulu zəkaya sahib olacaqlar. Bu kompyuterlərin insanlar kimi inandırıcı olacağını deyən alim "Bu onların iradəli insanlar olacağı anlamına gəlir. 2045-ci ildən etibarən kompyuter hesablamaları insan beyinlərindən ən azı 1 milyard dəfə artıq güclü olacaq. Bir gün öldürücü bir xəstəliyə tutulduğunuzda öz müalicə üsulunuzu özünüz yaratmaq məcburiyyətində qalacaqsınız. Hazırda xüsusi xidmət orqanları ilə bərabər xərçəng layihəsi üzərində çalışıram. Əgər xərçəngə tutulsam nə edəcəyimə dair bəzi fikirlərim var".

Elnarə Əlosmanqızı
AzNews.az