İlan yeyən 18 yaşlı azərbaycanlı- Video

İlani, qurbağanı adətən, filmlərdə xüsusi təyinatlı əsgərlərin yediyini görmüşdük.

Ancaq 18 yaşlı bir Quba sakini bu bacarığa heç bir xüsusi təlim keçmədən yiyələnib. Hələ gələn il hərbi xidmətə yollanacaq Elvinin qeyri-adi qabiliyyəti sizi də heyrətləndirəcək...

Adətən xüsusi təyinatlıların dağlarda,gölməçələrdə,səhralarda yeməyə öyrəşdiyi yeməyi o hələ əsgərə getməmiş yeyir.

Qubanın Vladimirovka kəndinin 18 yaşlı sakini Elvin Cabbarov müxtəlif həşəratları, böcəkləri, ilan və qurbağanı yemək bacarığı ilə hər kəsi heyrətdə qoyur.O bütün bunları etmək üçün meşədə xeyli vaxt sərf etdiyini deyir.

Hətta zəhərli ilanları belə yeməkdən çəkinmir.Elvinin daha bir bacarığı isə köz halında olan kömürü ağzına qoyaraq asanlıqla yeməsidir.Bişirilmiş yemək axtarmayan Elvin sudan tapdığı qurbağanı isə belə yeyir.
Elvinin ən böyük arzusu isə hərbi xidmətdə kəşfiyyatçı olmaqdır.



AzNews.az