Twitter 1 milyard dollar istəyir

Twitter mikrobloqlar xidməti səhmlərinin birjada ilkin yerləşdirilməsi prosesinə hazırlıqlara başlayıb.

Şirkət müvafiq sənədləri ABŞ Konqresinin qiymətli kağızlar və birjalar üzrə komissiyasına rəsmi olaraq təqdim edib.

Bu barədə sosial şəbəkənin nümayəndələri məlumat veriblər.

Şirkət IPO zamanı 1 milyard dollar cəlb etməyi planlaşdırır və o artıq "twtr" birja identifikatorunu alıb.

Bununla belə, hələ ki, qiymətli kağızların hansı birjada yerləşdiriləcəyi bildirilmir. Bir sıra KİV-in məlumatına görə, şirkət NASDAQ və Nyu-York Fond Birjası ilə danışıqlar aparır.(gun.az)

AzNews.az