Aysel Əlizadə qarderobundan danışıb

Müğənni Aysel Əlizadə qarderobundan danışıb. AzNews.az axşam.az saytına istinadən bildirir ki, sənətçi hər zaman baxımlı görünməyin sirrini açıb:"Əgər hansısa geyimimi xaricdən gətirirlərsə, onun brend olub-olmamasına əhəmiyyət vermirəm. Əsas odur ki, mənə yaraşsın və zövqümcə olsun. Ayaqqabılarımı "Prada", YSL kimi firmalardan alıram. Ən sevdiyim geyimlər "Emporio"dan olur. Oradakı rəngarəngliyə vurğunam. Xaricdə olanda ticarət mərkəzlərinə, brend olmayan mağazalara girirəm. Hətta Türkiyədə adi bazara getməyi, oradan nəsə almağı xoşlayıram. Həmin vaxt elə bil uşaqlığıma qayıdıram".

O deyir ki, onun qarderobumda 50 manatdan tutmuş, 5 min manata kimi dəyəri olan geyimləri var: "Bəzən ucuz geyim insana elə gözəl yaraşır ki, onun qiymətinə fikir vermirsən. Saçlarıma qulluq etməyi sevirəm. Çox vaxt harasa tələsəndə makiyajımı özüm edirəm, heç də vizajistin əl işindən seçilmir. Qadın hər zaman baxımlı görünməlidir. Buna görə də qulluq vasitələrindən istifadə etmək məsləhətlidir".

Qeyd edək ki, Aysel şəkillərdə gördüyünüz bu imicinə 18 820 AZN xərcləyib:

Don – 3000 AZN
Ayaqqabı – 400 avro
Qolbaq – 20 AZN
Saç-makiyaj – 300 AZN
Saat – 2000 avro
Sırğa – 100 AZN
Çanta – 500 AZN
Üzük – 10 000 AZN
Üzük – 3000 AZN


AzNews.az
image description