- Köhnə - Maraqlı
- 21 Oktyabr 2013 13:42
- 6 189
Burada qadınları duza qoyurlar- FOTOREPORTAJ
Qısa zaman ərzində gözəl görünüş və sağlam bədən hər kəsin arzusudur. Bu arzusunu yerinə yetirmək üçün şərait yaratmaqda iddialı bir məkan var - Astoriya Bakı Fitnes-Spa Mərkəzi. Öz şəraiti ilə öyünən mərkəz hətta şəhərimizin əcnəbi qonaqlarını da təəccübləndirir. İnsanların üzündə təəccübü görməkdən məmnun olduqlarını deyən Fitnes Mərkəzin menecer-asistantı Emil Həsənov AzNews.az-a açıqlamasında bildirib ki, çoxçeşidli xidmətləri ilə hər bir müştərini məmnun etməyə çalışırlar: "Təvazökarlıqdan uzaq da olsa, deməliyəm ki, xaricdən gələn qonaqlarımız belə bir mərkəzlə ilk dəfə qarşılaşdıqlarını deyib. Dəfələrlə olub ki, dünyanın ən inkişaf etmiş şəhərlərindən gələn qonaqlarımız göstərdiyimiz xidmətdən heyranlıqla danışıb. Bir dəfə Almaniyadan qonağımız vardı. O dedi ki, yaşadığı şəhərdə ən yüksək səviyyədə fitnes mərkəzlər var. Ancaq xidmət növləri bu qədər geniş deyil".
E.Həsənovun fikrincə, Bakı Fitnes-Spa Mərkəzi öz müştərilərinə sağlam yaşayış tərzi təklif edir: "İnsan uzun məsafələrə qaçıb və ya yalnız trenajor zalında intensiv məşqlər edib sağlam olmur. Biz insan üçün fiziki məşqlərlə relaksasiyanın, idman və istirahətin vəhdətini təklif edirik. Hesab edirik ki, yüksək keyfiyyətli həyat tərzi üçün lazım olan məhz budur".
İdmanla istirahətin vəhdətinin necə təmin olunduğunu görmək üçün biz də yolumuzu 8-ci kilometrdən – Babək prospekti 656 ünvanında yerləşən "Astoria" Bakı Fitnes-Spa Mərkəzindən saldıq. Səhər saat 7-dən gecə 12-dək müştərilərinə xidmət göstərən fitnes-spa mərkəzində nə var, nə yox?
Bir gələn bir də gəlir
Görünən odur ki, çox şey var. Olanları sadalamaqla bitməz. Girişdəcə gigiyenik normalara necə əməl olunduğunun şahidi olduq. Ayaqlarımıza sellofan papış geyinmədən ikinci addım atmağa icazə vermədilər. Elə ki, ilk şərti yerinə yetirdin, külli-ixtiyar sahibi olursan. İxtiyar sahibi deyəndə ki, ixtiyarların da qarşılıqlı razılaşma müqaviləsi ilə müəyyən olunur. Müştərinin istəklərinə uyğun təkliflər paketi təqdim olunur.
İlk dəfə gələn 15 manat verib, Mərkəzin bütün xidmətlərindən istifadə edir və razı da qalır. Yolunu ikinci dəfə buradan salan şəxs Mərkəzin daimi müştərisinə çevrilir. Sonradan həmin müştəriyə müxtəlif xidmət paketləri təqdim olunur. İstəyirsən tək gəl, istəyirsən ailə ilə. Yeri gəlmişkən, bu gündən başlayaraq Mərkəzdə "Ailə paketi" tətbiq edilməyə başlayıb. Ata, ana və 2 uşaqdan ibarət bu paket ailəyə təklif olunan xidmətlərindən maneəsiz və rahat şəkildə istifadəyə imkan verir. Gün ərzində bir neçə dəfə, hətta gün boyu Mərkəzdə istirahət etməyə imkan verən paketlərin qiyməti də kifayət qədər əlverişlidir.
Burada müştərilər üçün VİP otaqlar da var ki, içəisində insana lazım olan hər bir əşya yerləşdirilib. Müştəri şəxsi əşyalarını burada qoyub Mərkəz daxilində istənilən xidmətdən istifadə edə və istəyəndə otağına qayıdıb rahatlana bilər.
"Bura gələndə arayış da gətir..."
Elə ki, müştəri Mərkəzin xidmətindən istifadə etməyə qərar verdi, qarşısına Mərkəzin daha bir tələbi qoyulur. E.Həsənovun sözlərinə görə, Fitnes-Spa Mərkəzinə gələnlərdən arayış tələb olunur. Hər hansı xəstəliyinin olub-olmadığını öyrənmək üçün tələb olunan arayış yalnız Fitnes-Spa Mərkəzinin özünü və digər müştərilərini deyil, həm də arayışın tələb olunduğu hər bir yeni müştərini də sığortalamaq məqsədi daşıyır: "Arayış bizə ilk növbədə hər hansı keçici, yoluxucu xəstəliyin burada yayılmasının qarşısını almaq üçündür. Məsələn, göbələk xəstəliyi olan yeni müştəri digərlərini yoluxdura bilər. Ancaq təcrübəmizə əsasən deyə bilərəm ki, bu həm də xidmətimizdən istifadə edən müştərimizin özünə lazımdır. Məsələn, bir müştərimiz əməliyyat keçirdikdən sonra gəlib saunadan istifadə etmək istədi. Biz ondan arayış təqdim etmədən buna icazəsi olmadığını bildirdik. O da inciyib getdi. Bir neçə gün sonra gəlib bizə minnətdarlıq etdi. Onu əməliyyat edən həkimdən arayış istəyəndə ona deyiblər ki, əgər saunaya girmiş olsaydı, bu, ölümlə nəticələnə bilərdi".
E.Həsənov Mərkəzin işçilərinin bu cür problemlərə qarşı komanda şəklində işlədiyini deyir: "Arayışı olmayan şəxsin saunaya buraxılmaması üçün işçilərimizin hamısı xəbərdar olunur. Gözdən yayınıb saunaya girmək istəyən səhhətindən əmin olmadığımız müştərimiz digər əməkdaşlarımız tərəfindən dayandırılır".
Kompleksiniz varsa...
Arayışını verib, pulunu ödəyəndən sonra keçirsən içəri. Burada xanımlar üçün iki seçim təklif olunur: ümumi istifadə olunan hovuz və ya yalnız xanımlar üçün hovuz var. Kompleksi olan qadınlar sağ qapıdan girib, yalnız qadınlar üçün nəzərdə tutulan, kişi ayağı dəyməyən hovuzda rahatca çimə bilər. Menecer asistant E.Həsənovun sözlərinə görə, bu, əks cinsin nümayəndələrinə qarşı kompleksi olan xanımların rahatlığı üçündür: "Biz heç bir müştərinin qapıdan qayıtmasını istəmirik. Bu səbəbdən xidmətlərimizin keyfiyyətini yüksəltmək üçün atdığımız hər bir addımı, tətbiq etdiyimiz hər bir yeniliyi məhz müştərilərimizin istəyinə uyğunlaşdırırıq".
Xidmətlərə gəlincə... Fitnes-mərkəzi xidmətlərinin sayı ildən-ilə artır. Burada Sauna (Türk/Buxar hamamı), masaj, solyari, SPA və sağlamlıq mərkəzləri, il boyu işləyən üstü bağlı hovuz, mövsümlər üzrə işləyən açıq hovuz, futbol meydançası, gözəllik salonu xidmət göstərir. İlboyu müştərilərin xidmətində olan hovuzda suyun temperaturu 11 dərəcə selsini göstərir. Hovuzun suyu filtrdən keçirilir. Nəinki qum, kömür və ultrabənövşəyi şüalardan keçirilərək, bakteriyalardan da təmizlənərək hovuza doldurulur. Burada suyun sabit temperaturda qalması təmin olunur. Hovuzun altında yerləşən anbarda saxlanan su dövr etdirilir və təmizlənərək yenidən hovuza vurulur. Bu yolla suyun israfının qarşısı alınır. Müəyyən səviyyəyədək azalan suyun yerinə yeni su əlavə olunur.
"Duza qoyulan" qadınlar daha tez arıqlayır
Burada arıqlamağın çox yolları var. Həm istirahət edib, həm də arıqlamaq yollarından danışan menecer asistantı duş prosedurları, hidromasaj, buxar hamamı, soyuq və isti temperatur dəyişikliyini təmin edən saunadan həvəslə danışdı. İsti buxar hamamından çıxıb soyuq suya girən xanımlar dərisinin elastikliyini təmin edir. E.Həsənovun dediyinə görə, bura gəlib elə bir prosedurdaca 1 kiloyadək arıqlamaq olar. Necə? Dediyinə görə, xüsusi duz və ya müxtəlif otlarla büküb xüsusi çarpayıda qadınları yaxşıca tərlədirlər. "Duza qoyulmuş" qadınlar daha sürətlə arıqlayır. Çünki duz tərləyərkən yumşalan dərinin piy qatlarına daha yaxşı nüfuz edir. Bu məqamda duzun piyəritmədə gücünü xatırladan E.Həsənov bu prosedurdan sonra xanımların 1 kiloyadək çəki itirdiyini deyir. Hidromasaj və hidrovanna otaqları da arıqlamaqdan tutmuş soyuqdəyməyə qədər bir çox dərdə dəvadır. Qadınlar daha çox istifadə etsə də, kişilərin də diqqətini cəlb edən aerobika, yoqa, rəqs, pilateslə də məşğul olaraq həm istirahət etmək, həm gözəl bədən quruluşuna sahib olmaq, üstəlik arıqlamaq da mümkündür. E.Həsənov deyir ki, aerobika ilə məşğul olmaq istəyən kişilər əsasən hərəkətlərinə çeviklik, cəldlik qatmaq arzusunda olanlardır. Odur ki, Mərkəzin aerobika ilə məşğul olan çoxlu sayda kişi müştəriləri də var.
Dağa da çıxa bilərsən
Fitnes-Spa Mərkəzində də istifadə olunan avadanlıqlar ən yüksək texnologiya nümunəsidir. Belə ki, İtaliyanın Technogym şirkətinin istehsalı olan avadanlıqların köməyi ilə sadəcə arıqlamır, insan həm də ürək-damar sisteminin fəaliyyətinin artırır, əhval-ruhiyyəsini qaldırır. Bundan başqa, idmanla məşğul olmaq istəyənlər professional idmana sarı ilk addımları atmağa burdan başlaya bilər. E.Həsənov deyir ki, buradakı avadanlıqlarla yüksəkliyə - dağa qalxmaq olur. Daha doğrusu, avadanlığın üzərində yerimək dağa qalxmaq kimi çətin tapşırığın öhdəsindən gəlmək deməkdir.
Boks da olacaq
Tezliklə burada daha bir bölmə də yaradılacaq. Belə ki, bu dəfə boks idman növü ilə məşğul olmaq istəyənlərin çoxluğu nəzərə alınıb. Mərkəzdə tezliklə boks bölməsi açılacaq. E.Həsənovun sözlərinə görə, bunun üçün ilk addımlar da atılıb. Lazım olan döyüş alətləri alınıb. Tezliklə bölmənin yaradılması planlaşdırılır. Müştərilər üçün manikür-pedikür otağına keçirik. E.Həsənov deyir ki, onlarda olan manikür-pedikür kreslosu özünə "mənəm" deyən gözəllik salonlarında da yoxdur: "Təbii ki, müasir avadanlıq, peşəkar heyət və yüksək səviyyəli xidmət – istənilən fitnes və SPA mərkəzinin uğuru üçün mühüm şərtlərdir. Amma, müştərilərə rahatlıq verən təkrarolunmaz mühitin yaradılması, heç də asan deyil. Amma biz buna nail olmuşuq. Astoria Bakı fitnes və SPA mərkəzində müştərilərimizin rahatlığı və sağlamlığı üçün tələb olunan bütün şərait yaradılıb".
Abunə kartı verilməyənlər
Bu nailiyyətin sirri həm də Fitnes-Spa Mərkəzinin seçimindədir. İstər xidmət göstərən heyəti seçərkən, istərsə də müştərilərə münasibətdə bir sıra prinsiplər qorunur. Məsələn, Mərkəzdə fəaliyyət göstərən məşqçilər müxtəlif dərəcəli idman ustaları, hətta Avropa çempionlarıdır. Müştəri məsələsində isə, qapısı hər kəsin üzünə açıq olan Fitnes-Spa Mərkəzi müştərilərindən razıdır: "Bizdə, ümumiyyətlə, oğurluq olmur. Müştərilərimizin hamısı özünə hörmət eləyən insanlar olduğundan aralarından hər hansı birinin oğru çıxması da mümkün deyil".
Pulunu verib birdəfəlik giriş imkanından yararlanıb oğurluğa gələnlərin olması ehtimalı da var axı. Xərclədiyindən daha bahalı oğurluq etməyə cəhd edənlərin olması ehtimalına qarşı isə önləyici tədbirlər həyata keçirilir. Bir sözlə, Mərkəzin oğurluqla deyil, xuliqanlıqla problemi var. Belə ki, özünə hörmət edənlər arasında oğru çıxmasa da, davranışını bilməyənlər çıxır. Bu cür müştərilərə münasibətdə isə sərt tədbirlər görülür: "Belə müştərilərlə müqaviləmizi ləğv edirik. Özünü apara bilməyənlərə abunə kartı verilmir".
Ruhiyyə
AzNews.az