22 nəfərin qatili edam edildi

Noyabrın 19-da səhər bədnam qatil Jozef Pol Franklin Missuru ştatında ölüm inyeksiyası vasitəsilə edam edilib.

"Axar.az"ın xəbərinə görə, edam ABŞ-ın Ali məhkəməsi ölüm cəzası haqqında məhkəmə hökmünün apellyasiyası üzrə qəti qərar qəbul edənədək bir neçə saat təxirə salınıb.

Ağ irqin üstünlüyü tərəfdarı olan Jozef Pol Franklin 1977-ci ildə Missuri ştatının Sent Luis şəhərindəki sinaqoq yaxınlığında Herald Qordonu öldürdüyünə görə ölüm cəzasına məhkum edilib. O, 1977-1980-ci illərdə 22 qətl törətməkdə günahlandırılıb. Onun qurbanları qara irqin nümayəndələri, yəhudilər və başqa irqlərin nümayəndələri ilə fiziki əlaqələri olan ağ irqə mənsub insanlar olub.

Franklin öz hərəkətlərini ABŞ-da irqi müharibəyə başlamaq planı kimi izah edib. O, 1981-ci ildə "Hustler" pornoqrafik jurnalının sahibi Lerri Flinti və vətəndaş hüquqları uğrunda mübarizə hərəkatının lideri Vernon Jordanı qətlə yetirmək cəhdindən sonra tutulub.

Franklin edam ərəfəsində yeməkdən və hər hansı bir bəyanat verməkdən imtina edib. Ölüm iynəsi ona yerli vaxtla səhər saat 06:07-də vurulub.

AzNews.az