Naməlum şəxslər onun akkreditasiya kartını çırpışdırıblar Naməlum şəxslər onun akkreditasiya kartını çırpışdırıblar

Olimpiya çempionu gecəni vağzalda qaldı

Naməlum şəxslər onun akkreditasiya kartını çırpışdırıblar


Diskatma üzrə London yay olimpiya oyunlarının qalibi almaniyalı Robert Hartinq oğurluqla üzləşib. Naməlum şəxslər onun çantasından olimpiya kəndinə giriş üçün nəzərdə tutulmuş akkreditasiya kartını çırpışdırıblar. İdmançının tvitter səhifəsində yazdığına görə, kart olmadığından olimpiya kəndinin mühafizəçiləri onu qaldığı yerə buraxmayıblar. Onlar olimpiya çempionunun pasportunu təqdim etməsinə də məhəl qoymayıblar. (168.az)

Axşam olduğundan Hartinq bu barədə heç kəsi məlumatlandıra bilməyib və məcburiyyət qarşısında qalaraq gecəni dəmiryolu vağzalında keçirməli olub. Səhər açılanda o, üzləşdiyi durum haqqında Almaniyanın olimpiya millisini məlumatlandırıb və idmançının akkreditasiyası bərpa olunub.


AzNews.az