Elektron xidmət sahəsində dünyada bir ilk

"Məhdud Sağlamlıq və İnkişaf mərkəzi" İctimai Birliyi "Elektron sosia xidmətlər" layihəsinin təqdimatını keçirib. Mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr edilən layihə məhdud sağlamlığı olan şəxslər və sosial sahədə çalışanlarlar üçün nəzərdə tutulub.

AzNews.az xəbər verir ki, www.eliller-ikt-tmt.com internet layihəsi əlillik problemləri, əlillərin sosial inkişafı, əlillik üzrə xidmət göstərən müəssisələr, şəxslər və təşkilatlar üçün ümumiləşdirilmiş informasiya bazası olacaq. Burada sağlamlığı məhdud şəxslər üçün zəruri elektron sosial xidmətlər üzrə sistem formalaşdırılacaq.

"Elektron hökumət" portal çərçivəsində düşünülən, ilk geniş ölçülü proyekt kimi dəyərləndirilir.

Layihənin rəhbəri Bəybala İbadullayev AzNews.az-a açıqlamasında
bildirib ki, Rabitə və İnformasiya Texnologiyalari Nazirliyi Heydər Əliyev Fpndu ilə birlikdə "Dilmanc" və www.e-eye.az "Elektron göz" layihələrini həyata keçirib: "Biz isə bütün kateqoriyalar üzrə sağlamlığı məhdud insanları informasiya almaq, ötürmək, paylaşmaq, özünü təqdim etmək, ehtiyacların ödənilməsi üzrə imkanlar araşdırmaq, "Elektron hökumət"in imkanlarından faydalanmaq məqsədi ilə elektron xidmətlər sistemini qurmağa qərar verdik. Hədəfimiz sağlamlıq imkanları məhdud olan problemli insanların virtual da olsa, yanında olmaqdır".

Layihə rəhbəri bildirib ki, tarixi şəxsiyyət Heydər Əliyev haqqında məlumatların da əksini tapdığı internet layihə xüsusi təyinatlı kitabxana sistemləri ilə bağlı informasiya almaq imkanı verəcək. Layihənin reallaşdırılması ilə nəinki Azərbaycanda, bütövlükdə dünyada ilk dəfə olacaq yeniliklər tətbiq ediləcək:

"Məsələn, ölkəmizdə ilk dəfə "daisy" kitabxana olacaq. Yəni, layihənin reallaşdırılması nəticəsində Azərbaycanda ilk dəfə səsli kitabxana fondu yaradılacaq. Azərbaycan dili və ədəbiyyatı üzrə surdo elektron lüğətin yaranması və surdo informasiyaların dövri olaraq yayınlanması təmin ediləcək. Sağlamlığı məhdud şəxslərin peşə bacarıqları və qabiliyyətləri üzrə əmək bazarına inteqrasiya imkanı yaranacaq. İlk dəfə olaraq "Elektron hökumət" portal çərçivəsində "Elektron sosial xidmətlər" sektoru formalaşacaq. Layihə dünyada da ilk olacaq bir yeniliyə imza atacaq. Belə ki, bütün sağlamlığı məhdud şəxslərə bir mərkəzdən informasiya xidmətləri həyata keçiriləcək".

İbadullayev onu da qeyd edib ki, layihənin ümumi nəticələrindən biri iş yerlərinin açılması, xüsusi ixtisaslar üzrə 22 nəfərin işlə təmin olunmasıdır.

Ruhiyyə
AzNews.az