İdmançılarımız Rumıniyaya gedir

Uşu üzrə yığma komandamız Avropa çempionatına qatılacaq.

AzNews.az xəbər verir ki, beynəlxalq yarışın harada keçiriləcəyi və tarixi bəlli olub. Bu barədə çempionatın iştirakçısı, Uşu üzrə Avropa çempionu, İslam Həmrəylik Oyunlarının bürünc mükafatçısı Elçin Eminov məlumat verib. Onun sözlərinə görə, çempionat mayın 7-də Buxarestdə keçiriləcək.

Məlumat üçün bildirək ki, beş gün davam edəcək beynəlxalq yarışda Azərbaycan da təmsil olunacaq. Azərbaycan Uşu Federasiyasının prezidenti Azər Həsənsoyun başçılıq etdiyi komanda mayın əvvələrində Rumıniyaya yola düşəcək. İdmançılarımız yarışda 5 nəfərlə təmsil olunacaq. Kişilər arasında keçirilən yarışda 56 kq çəki dərəcəsində Azərbaycanı Elçin Eminov təmsil edəcək. Komandanın digər 4 idmançısı isə Azərbaycanı çempionat çərçivəsində gənclər arasında keçiriləcək yarışda döyüşəcək.

AzNews.az