“Faktxeber”in bağlanması ilə bağlı açıqlama

"Faktxeber" saytı qeyri-müəyyən vaxta qədər fəaliyyətini dayandırır.

Bu barədə AzNews.az-a "Faktxeber" saytının redaksiyasından məlumat verilib.

Məlumatda bildirilib ki, Azərbaycan mediasında kifayət qədər tanınan "Faktxeber.com" saytı 5 illik fəaliyyətindən sonra maliyyə problemlərinə görə, fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb: "Ümid edirik ki, "Faktxeber.com" saytının maliyyə problemi qısa zamanda həll olacaq və yenidən Azərbaycan mediasında öz yerini tutacaq".

Azər
AzNews.az