APA TV-nin 1 yaşı oldu

"APA Holding"in nəzdində fəaliyyət göstərən APA TV-nin fəaliyyətə başlamasından bir il ötür

Canlı yayımla efirə çıxan APA TV Azərbaycanın internet məkanında analoq televiziya formatında gündəlik 14 saat aramsız yayım həyata keçirən ilk kanaldır.

Müxtəlif səpkili 30-dək verilişin yayımlandığı APA TV xəbər kanalı formatında fəaliyyət göstərir.

Hər saat başı 10 dəqiqəlik xəbərlərlə efirdə olan televiziyanın informasiya siyasətində əsaslandığı əsas prinsiplər obyektivlik, dinamiklik və operativlikdir ki, bu da "APA Holding"ə daxil olan bütün media strukturlarının əsas fəaliyyət prinsipini təşkil edir.

AzNews.az