İnsanın yaratdığı bu möcüzəyə diqqətlə baxın – FOTOLAR

Mözücə yaratmaq təkcə Tanrıya aid deyil. Onun yaratdığı insanlar da mözücə yaratmaqla Tanrının onları şüurlu varlıq seçməyinin təsadüfən olmadığını dəfələrlə sübut ediblər.



Böyük Britaniyanın Uels bölgəsində, Kayrfilli şəhərinin yaxınlığında yeni incəsənət əsəri yaradılıb. O əsər nə kağız, nə kətan, nə də ağac üzərində deyil, çəmənlikdə yaradılıb. "Sultan" adı verilən bu at əsərini yaratmaq üçün dizaynerlər 60 min ton şist kömürdən istifadə ediblər.

Uzunluğu 200 metr olan bu möhtəşəm at fiqurunun 19-20-ci əsrlərdə mədənlərdə işlədilən pit-poniyə həsr olunduğu deyilir.


At cinsinə mənsub olan bu at əslində çox kiçik olub. Onun kömür mədənində işlədilməsi sonradan insan tələfatının azalması ilə nəticələnib.

AzNews.az insanların yaratdığı bu möcüzəni sizə təqdim edir









AzNews.az