- Köhnə - Maraqlı
- 6 Dekabr 2014 19:29
- 5 632
Butsa 2 milyon avroya satıldı
"İNTERFAX.RU"nun xəbərində deyilir ki, Almaniyanı sonuncu çempionatda futbol üzrə Dünya birincisi edən Mario Qetçanın sol butsu auksionda 2 milyon avroya satılıb. Məhz həmin butsa ilə o, final oyununda Argentina millisinin qapısından yeganə qolu 2014-cü ildə keçirmişdi.
Satışdan əldə olunan gəlir "Uşaqlar üçün döyünən ürək" layihəsi çərçivəsində xeyriyyə işlərinə sərf olunacaq.
"İçimi həyəcan təlatümə gətirib. Heç bunu arzu etmək belə ağlıma gələ bilməzdi. Butsaya 2 milyon avro. Bu, nəhəng məbləğdir. Ən əsası isə odur ki, bu pullar uşaqlar üçün xərclənəcək", 22 yaşlı futbolçu deyib.
Agentlik xatırladır ki, Almaniya-Argentina final matçı 1:0 hesabı ilə almanların xeyrinə başa çatmışdı. Həlledici qol isə ehtiyat oyunçu kimi meydana çıxmış Mario Qetça tərəfindən vurulmuşdu.