Qodzilla barədə yeni film çəkiləcək

Yaponiyanın Toho kinostudiyası okeanın nəhəng “canlısı” olan Qodzilla barədə yeni film çəkəcək.



AzNews.az xəbər verir ki, onların belə bir qərara gəlməsinə səbəb Qaret Edvards tərəfindən çəkilən bu ilki "Qodzilla"nın uğuru olub: ""Qodzilla"nı canlandırmaq barədə səmimi xahişlərinizə cavab olaraq elan edirik ki, yeni filmin çəkilişlərinə başlayırıq. Bu film 2016-cı ildə nümayiş olunacaq".



Öz növbəsində "Legendary Pictures" studiyası və Qaret Edvards 2018-ci ildə "özünün" yeni "Qodzilla"sını təqdim etmək istəyir.

Buna qədər Yaponiya studiyasında "Qodzilla" haqda 28-ci film 2004-cü ildə çəkilmişdi. Bu film sonuncu olmalı idi.




"Qodzilla" filmi Toho studiyası tərəfindən 1954-cü ildə təqdim olunub. Bununla da film şəhərləri dağıdan okean "monstrı" barədə klassik seriyaya başlanğıc verib. Kinoteatrlarda bu seriya 9,6 milyon insan tərəfindən baxılıb.



Aydan Axundova
AzNews.az