- Köhnə - Maraqlı
- 9 Dekabr 2014 13:50
- 4 693
Microsoft xidmət mərkəzi açdı
“Nokia”nın mühüm bir hissəsinə sahib olan “Microsoft” şirkəti “Microsoft Care” adlı ilk cihaz qulluq mərkəzi açıb.
AzNews.az xəbər verir ki, şirkət keçən ay "Lumia 535" adlı ilk "Microsoft" loqolu telefonunu da tanıdıb.
Şirkət uzun illərdir "Nokia"nın malik olduğu "Nokia Care" xidmət mərkəzlərini də "Microsoft Care" olaraq yeniləyəcək.
Mərkəzin ilk nöqtəsi isə 8 dekabr tarixində Sinqapurda xidmətə başlayıb.
"Microsoft" şirkəti satış sonrası xidmətin təşkilinin satışlara da müsbət təsir edən vacib element olduğunu açıqlayıb.
İlkin mərhələdə böyük mərkəzlərdə istifadəyə veriləcək "Microsoft Care" xidmət mərkəzlərinin zamanla daha geniş bölgələrə yayılacağı bildirilir.