Obama proqram yazan ilk ABŞ prezidenti oldu

Barak Obama kompüter proqramını yazan ilk ABŞ prezidenti olub.



AzNews.az xarici mediaya istinadən xəbər verir ki, dünən kompüter elmləri üzrə təhsil həftəsinin açılışında iştirak edən ABŞ prezidenti "JavaScript"də özünün ilk proqramını yazıb. O, proqramla ekranda kvadrat çəkib.

"Hər şey sadə proqramlardan başlayır. Heç kəs çətin oyunlar yaratmaqla başlamır", - deyə tədbirin qurucularından biri Xadi Partovi bildirib.

Partovinin sözlərinə görə, prezident Nyu-Cersi məktəblərindən birində açıq dərsdə olub və verilən tapşırıqların həllində çətinliklə üzləşib. Bunun əvəzində o, bir kompüterdən ayrılayaq digərinin yanına gedib, məktəblilərin işinə baxıb. Həmçinin, Obama müstəqi şəkildə bir neçə sətir kod da yazıb.

Qeyd edək ki, keçən il gənclərə müraciət edən prezident onları proqram biliklərinə yiyələnməyə çağırıb: "Telefonla sadəcə oynamağı dayandırın. Onu proqramlaşdırın".

Aydan Axundova
AzNews.az