ABŞ İran sərhədində lazer şüasını sınaqdan keçirdi – VİDEO

ABŞ hərbçiləri Fars körfəzində, İranın yaxınlığında “Ponce” (LPD-15) gəmisində quraşdırılan lazer şüasını sınaqdan keçirib.



AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, yaradılan yeni lazer silahı müdafiə xarakterli olacaq.



ABŞ-ın Hərbi-Dəniz Tədqiqatları İdarəsinin rəisi, admiral Metyu Klander 4 ay ərzində keçirilən sınağın nəticəsinin çox uğurlu alındığını deyib.

"Laser Weapon System" (LaWS) silahı hədəfə topdan atılan atəş kimi açılır. O, düşmən mövqeyini kor etmək və tamamilə dağıtmaq iqtidarına malikdir.




LaWS şüası çox sərfəli silah hesab edilir. Onun bir atəşi hərbçilərə cəmi 1 dollara başa gəlir.