- Köhnə - Maraqlı
- 12 Dekabr 2014 09:24
- 12 292
Bu şəkillərə baxanda qorxmayın - FOTOLAR
“Ruhi xəstələr əsil sürrealistlərdir”.
Sürrealistlər dünyaya qarma-qarışıq hadisələr meydanı kimi baxır.
İncəsənətdə sürrealizm cərəyanı ilk dəfə 1924-cü ildə Fransada yaranıb. Yazıçılardan ilk dəfə "sürrealizm" terminini G.Appoliner işlədib.
L.Araqon, P.Elüar, R.Desnos və başqaları bu cərəyanın baniləri hesab olunurlar. Sürrealistlər instinktləri, xəstə əhvali-ruhiyyəni, sayıqlama, dəhşətli qarabasma və eybəcər röyaları bədii yaradıcılığın başlıca mənbəyi və estetik prinsipi sayırdılar. Sürrealizmə qəribəlik, irrosionallıq, standartlara cavab verməmək xarakterikdir. Bu dövrdə şair və rəssamlar müharibənin dəhşətlərindən təsirlənib şüurdankənar arzular dünyasına yönəlmişdilər. Bu cərəyanın müxtəlif növlərinin olmasına baxmayaraq əsas məqsədi instiktin yaradıcı qüvvəsinin və şüurdan üstün olmasının azadlığıdır.
Sürrealizmin banilərindən birinin fikrincə, "ruhi xəstələr əsil sürrealistlərdir".
Sürrealistlər dünyaya qarma-qarışıq hadisələr meydanı kimi baxır, hadisələr arasındakı məntiqi bağlılığı subyektiv assosiasiyalarla əvəz edirdilər. XX əsrin 30-cu illərində ədəbiyyatda sürrealizm tənəzzülə uğrayıb, L.Araqon, P.Elüar ondan uzaqlaşıb. 1940-cı ildə sürrealizmin mərkəzi ABŞ olub, A.Breton, M.Düşan, S.Dali, İ.Tanki və b. sürrealistlər buraya köçüblər.
Çox böyük ölçüdə Dr. Ziqmund Freydin tezis və düşüncələri (şüurdan instinktə keçid üçün "azad assosiasiya" teoriyası) üzərinə qurulan sürrealizm, XX əsr içindəki ən məşhur və ən uzun ömürlü sənət axınlarından biridir. Cərəyan Birinci dünya müharibəsi illərində psixiatriya sahəsində işləyən və Freydin düşüncələriylə yaxından maraqlanan Dr. Andre Breton tərəfindən sistemləşdirilib.
İncəsənətin müxtəlif qolları ilə yanaşı 1919-cu ildən etibarən ədəbiyyatda, xüsusilə şeirdə təsirli olan sürrealizm, ən parlaq dövrünü 1924-1928-ci illər arasında yaşayıb. Sürrealizmin qurucusu və lideri Breton, digər sürrealistlərin bir qismi kimi, köhnə bir dadaistdir. Sürrealistlərin sələfləri məntiqi inkar edən dadaistlər olublar.
AzNews.az dünyanın bir çox ölkələrində yaşayan rəssam, heykəltəraş və memarların yaratdıqları sürrealist əsərlərdən bir neçəsini sizə təqdim edir.













