Ruslar bunu da etdi – FOTOLAR

Moskvanın Ximki yaşayış məskənində qeyri-adi kinoteatr yaradılıb.



AzNews.az xəbər verir ki, İKEA şirkətinə məxsus olan bu kinoteatrda bütün stullar çarpayı ilə əvəz edilib.

Daha bundan sonra kinoya gələnlər saatlarla yan-yana oturub film seyr etməyəcəklər. Onlar elə uzandıqları yerdə çay içə-iç, "çips"i yeyə-yeyə böyük ekranın verdiyi effektdən yararlana biləcəklər.

İKEA gününü xoş keçirmək istəyənləri Ximki kinoteatrına dəvət edir.