- Köhnə - Maraqlı
- 14 Dekabr 2014 09:48
- 7 011
FİFA prezidentinin bank hesabları yoxlanılacaq
İsveçrə parlamenti yüksək vəzifəli idman məmurlarının, o cümlədən Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) prezidenti Yozef Blatterin bank hesablarının yoxlanılmasına imkan verəcək qanun qəbul edib.
Bu qanun mənzil-qərargahları ölkədə yerləşən beynəlxalq idman təşkilatlarının, eləcə də UEFA və Beynəlxalq Olimpiya Komitəsinin fəaliyyətində şəffaflığı təmin etmək məqsədi daşıyır.
Bu yaxında Britaniya KİV-ləri futbol üzrə 2022-ci il dünya çempionatına ev sahibliyi edəcək ölkənin seçilməsi zamanı məmurların satın alınması barədə informasiyalar yaymışdı. Mətbuatda DC-2022-nin ev sahibliyini qazanan Qətərin kompaniyaları tərəfindən FİFA məmuru Cek Uorner və onun ailə üzvlərinə 2 milyon dollar rüşvət verməsi barədə yazılar dərc olunmuşdu.
Noyabr ayında isə qurumun etika üzrə arbitraj palatasının səsvermə zamanı heç bir qanun pozuntusunun rast gəlinmədiyinə dair yekun məruzəsi açıqlanmışdı.(azertac)