- Köhnə - Maraqlı
- 14 Aprel 2015 11:17
- 10 495
“Titanik”i Ramzesin lənəti suya qərq edib - Mistik qisas (VİDEO)
Bu gecə “Titanik” gəmisinin batmasından 103 il ötür.
Bu illər ərzində bu faciə haqda saysız-hesabsız yazılar dərc edilib, kitablar yazılıb, filmlər hazırlanıb. Ancaq yenə də onun batma səbəbinin əsil həqiqətləri üzə çıxmayıb.Əslində 1912-ci ilin 15 aprel tarixində yerli vaxtla saat 00:39-da "Titanik" gəmisində nə baş verib?
"Titanik" gəmisi Kanadanın Nyufaundlend və Labrador əyalətinin Qrand Banks adlanan cənub sahilləri istiqamətində hərəkət edirdi. Müşahidəçi Fredrix Flet gəminin qarşısında aydın şəkildə müşahidə olunmayan aysberqi görüb. Flet gəminin zəngini üç dəfə çalıb və kapitanın kabinasına telefon edib. Telefona altıncı ofiser Ceyms Mudi cavab verib:
Flet - Orada kimsə varmı?
Mudey - Var. Nə gördün?
Flet - Düz qarşımızda iri bir aysberq var!!
Mudey - Təşəkkür edirəm…
"Uayt Star Layn" (White Star Line) şirkətinə məxsus olan və Transatlantik səyahətlər üçün tikilən bu buxar gəmisi "Olimpik" tipinə aid olub. O, suya buraxıldığı zaman dövrünün ən böyük sərnişin gəmisi hesab edilib. Və elə ilk səyahəti zamanı Atlantik okeanında aysberqlə toqquşduqdan 2 saat 40 dəqiqə sonra batıb.
Gəmidə olan 2224 nəfərdən isə yalnız 710 nəfər xilas edlib. 1514 isə faciəli şəkildə dünyasını dəyişib.
"Titanik"in batmasını bir çoxları mistika ilə də əlaqələndirir. Onun sahibi "The White Star Line" deyilən bir şirkət imiş. Bu firmanın ortaqlarından olan Ser Ceyms Colenin atası bir vaxtlar Misirdə Ramzes mumiyasının qazıntılarına qatılan 70 adamdan biriymiş. Buna görə ailəsiylə birlikdə sonsuza qədər lənətlənib. Mister Cole, qazıntılardan qısa bir müddət sonra digər yoldaşları kimi əsrarəngiz bir şəkildə xəstələnib ölüb. Üstəlik cənazəsini daşıyan gəmi də Aralıq dənizidə itib.
Oğlu Ceyms isə həyatı boyunca bu lənətdən nəsibini alıb. Anası və bacısını evlərində baş verən bir yanğında itirib. 18 yaşına qədər yetimlər evində yaşamaq məcburiyyətində qalıb. Yenə də müvəffəqiyyətli bir iş adamı olub, "The White Star Line" adlı bir dəniz şirkətini yaratmağa nail olub. Ancaq atasının qatıldığı qazıntının 20-ci ilində şirkətin gəmiləri tək-tək talesiz qəzalar keçirməyə və batmağa başlayıb.
Şirkət isə bu qəzaların qarşısını ala bilməyib. Üstəlik mətbuat da üzərinə gəlib, hər gün pis-pis tənqidi yazıları çıxıb. Şirkətin zərəri faciəvi ölçülərə çatıb. "The White Star Line" son şansını oynamağa qərar verib. Bütün mal varlığını üç böyük, super lüks gəmiyə yatırdıb. Bu gəmilərin adları "Olimpik", "Titanik" və "Britannik" imiş.
Bu üç gəminin də üzərində bir lənət varmış. İlk gəmi "Olimpik" 1911-ci ildə, Atlantik Okeanında bir aysberqə çırpılıb. Təmir üçün gətirildiyi limanda çıxan bir yanğında da tamamilə yanıb. "Titanik" qeyri-qanuni bir şəkildə mumiya daşıdığı söz-söhbətlərinə baxmayaraq 1912-ci ildə ilk səfərinə çıxıb. Onun tragik hekayəsini hər kəs bilir; onun da yoluna bir aysberq çıxıb. "Britannik" isə 1-ci Dünya Müharibəsi zamanı Afina sahillərində, 1916-cı ildə meydana gələn bir partlamada batıb. Qısa müddətdən sonra "The White Star" şirkəti dənizçilikdən çəkildiyini açıqlayıb.
Ceyms Colenin atasının qatıldığı qazıntıda mumiyası çıxardılan Ramzesin lənəti isə beləymiş: "Məni yerimdən oynadan hər kəsi sulara basdıracağam".
Gəminin batması bəşər tarixinin ən tanınmış qəzalarından biri olub. "Titanik"in məhvi insan sivilizasiyasının təbiət qüvvələri qarşısındakı acizliyinin simvolu kimi qəbul edilib. Qəza kütləvi incəsənətdə çoxsaylı nümunələrlə əks edilib.
Qəzaya həsr edilmiş ilk film artıq 1912-ci ilin may ayında lentə alınıb.
Qəzanın baş verməsindən qısa müddətdən öncə yazıçı Morqan Robersonun "Qürrə və ya Titanın məhvi" (ing. Futility, or the Wreck of the Titan) əsəri çapdan çıxıb. Bu əsərdə qəzaya uğrayan gəmi böyüklüyünə və su tutumuna görə "Titanik"ə bənzəyib. Əsər 1898-ci ildə qələmə alınsa da, 1912-ci ildə nəşr edilib.
1997-ci ildə çəkilmiş "Titanik" filmi 13 il ərzində ən çox gəlir gətirən film kimi tarixə düşüb.
1976-cı ildə yazıçı Klayv Kasslerin "Titanikin qaldırılması" kitabı çapdan çıxıb.
"Titanik"in qəzasına çoxsaylı mahnılar həsr edilib. Avstriyalı müğənii Yohan Hölsölün eyniadlı mahnısında gəmi dünyanın sonunun, rus Nautilus Pompilius qrupunun Titanik albomunda (1994) isə məhkumluğun simvolu kimi çıxış edib.