Rusiyanın Sverdlovsk vilayətində nadir zümrüd tapılıb. Rusiyanın Sverdlovsk vilayətində nadir zümrüd tapılıb.

Rusiyada nadir zümrüd tapıldı - FOTO

Rusiyanın Sverdlovsk vilayətində nadir zümrüd tapılıb.


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "RİA Novosti" agentliyi Kalininqrad kəhrəba kombinatının rəsmisinə istinadən yayıb.

Məlumata görə, Malışevsk yatağında tapılan zümrüdün çəkisi 230 qramdır. Bu, dünya tarixində tapılan ən böyük zümrüd hesab edilir.
"Belə daşlar nadir hallarda tapılır. Əldə edilən zümrüd qiymətləndirilmək üçün yaxın zamanlarda Rusiya Dövlət Ekspertiza Komissiyasına göndəriləcək", - deyə kəhrəba kombinatından bildiriblər.

Qeyd edək ki, tapılan zümrüdün təmiz çəkisi 230 qramdır. 5 karatlı təmiz zümrüd almazdan baha hesab edilir.