- Köhnə - Maraqlı
- 18 Aprel 2015 12:43
- 6 962
Ərdoğan türkləri qəzəbləndirdi – 3 milyon “işıq pulu” gəldi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ağ Sarayının 3 aylıq “işıq pulu” 3 milyon 615 min lirədir.
AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, saray bir günə 40 min lirəlik elektrik enerjisi istifadə edir. Ağ Sarayın bu qədər elektrik enerjisi sərf etməsi insanların qəzəbinə səbəb olub. Onlar "Biz günlərlə işıqsız qaldığımız halda, Ərdoğanın Sarayı işığa 3 milyondan çox pul köçürür" deyərək prezidentə etiraz ediblər. Sarayın 3 ayda istifadə etdiyi elektrik enerjisinin pulu təxminən 4 min insanın əmək haqqı qədərdir.Ağ Sarayın illik elektrik enerji israfı isə 14 milyon türk lirəsindən də çoxdur.