- Köhnə - Maraqlı
- 30 Aprel 2015 17:19
- 5 973
Sabiq prezidentlər Xalça Muzeyində - Fotolar
Azərbaycanda səfərdə olan prezidentlər Xalça Muzeyini ziyarət ediblər.
AzNews.az xəbər verir ki, Livanın sabiq prezidenti Amine Gemayel, Ekvadorun sabiq prezidenti Rosalia Arteaga və Türkiyə Respublikasının sabiq prezidenti Abdulla Gül muzeydə qonaq olub. Qonaqlar Azərbaycan xalçasının tarixi və qorunan nümunələri ilə tanış olublar. Onlar Azərbaycan Xalça Muzeyinin 1987–ci ildə Şuşada yaradılan filialından 1992-ci ildə şəhərin işğalı zamanı Bakıya gətirilən xalçalara da baxıblar.Muzeyin müasir xalça bölümü ilə də tanış olan Abdulla Gül "Leyli və Məcnun"u əks etdirən xalçanı daha çox bəyəndiyini vurğulayıb.
Daha sonra qonaqlar muzeydə sərgilənən digər eksponatlarla tanış olublar.
Sonda hər 3 qonağa muzeydə olmasını təsdiqləyən və üzərində Qarabağ məktəbinə aid Çələbi xalçası əks olunan sertifikat təqdim olunub.
Qeyd edək ki, prezidentlər III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etmək məqsədilə Azərbaycanda səfərdədirlər.