Vladimir Leninin “əsl sevgilisi”nin fotoşəkli tapılıb. Vladimir Leninin “əsl sevgilisi”nin fotoşəkli tapılıb.

Leninin “əsl sevgilisi“nin şəkli tapıldı- FOTOLAR

Vladimir Leninin “əsl sevgilisi”nin fotoşəkli tapılıb.



Trend "The Guardian"a istinadən xəbər verir ki, alimlərin Leninin "əsl sevgilisi" hesab etdikləri Apollinariya Yakubova adlı xanımın fotoşəkli 100 ildir ki, itirilmiş sayılırdı.

A.Yakubovanın şəklini Londonun Kraliça Mariya Universitetinin tarixçisi Robert Henderson ötən ay digər gənc inqilabçı Vladimir Burtsev haqqında kitabın yazılması üçün material toplayarkən tapıb.

Onun sözlərinə görə, A.Yakubovanın şəkli Moskvada Rusiya Dövlət Arxivində saxlanılırmış. Bununla belə, R.Henderson qeyd edib ki, fotoşəklin aşkar edilməsi onda "gözlənilməz heyrət" doğurub.

Keşiş qızı olan Apollinariya Sankt-Peterburqda qadınlar üçün ali kurslarda fizika-riyaziyyat fakültəsində təhsil alıb. Sonra fəhlələr üçün axşam məktəbində müəllimlik edib. Məhz burada o, Leninin həyat yoldaşı Nadejda Krupskaya ilə dostlaşıb. Bundan sonra A.Yakubova Leninin və N.Krupskayanın yaxın məsləkdaşına çevrilib. Daha sonra ölkəni tərk edən A.Yakubova bir müddət Londonda yaşayıb. O, İst-Enddə kommunist doktrinası barədə debatlarına görə tanınıb.

1908-ci ildə A.Yakubova Sankt-Peterbuqa dönüb. Lakin R.Hendersonun sözlərinə görə, onun sonrakı taleyi barədə çox az şey məlumdur. Belə ki, inqilabçı qadını, demək olar, tarixdən siliblər.

Bəzi məlumatlara görə, A.Yakubova 1913-1917-ci illər arası vəfat edib.
image description image description