Avropanın ilk hicablı meri

Bosniyanın Visoko şəhərındə ilk dəfə olaraq hicablı qadın şəhər meri seçilib. Amra Babiç beləliklə həm də Avropanın ilk hicablı meri kimi tarixə düşüb.

Qeyd edək ki, Bosniyada şəhər rəhbərliyinə keçirilən seçkilərdə qalib gələn Amra Babiçin namizədliyinə 39 deputatdan 29-u səs verib. O, Demokratik Hərəkat Partiyasının nümayəndəsi kimi seçkilərə qatılıb.

A.Babiç siyasi fəaliyyətlə yanaşı ictimai fəaliyyətlə də məşguldur. Onun rəhbərlik etdiyi təşkilat müharibədə həlak olanların ailələrinə yardım göstərir.

Alpər
AzNews.az