- Köhnə - Maraqlı
- 7 Sentyabr 2015 18:00
- 9 709
Azərbaycanlı jurnalist 4 günə necə məşhur oldu? - VİDEO
Azərbaycanlı jurnalist 4 günə internetin məşhur simalarından birinə çevrilib.
AzNews.az xəbər verir ki, son 4 gün ərzində 4 "dubblaj" çəkən tanınmış jurnalist Ozal İbrahimli, bu qısa müddət ərzində olduqca sevilib. Ən çox bəyənilən və insanlar tərəfindən qəbul olunan "dubblaj"ların müəllifi, bununla bağlı Space TV-də yayımlanan "Hər həftə" proqramına müsahibə verib.
Onun sözlərinə görə, bu, sıradan bir məşğuliyyətdir: "Hər kəs bu cür videolar çəkib paylaşır. Ancaq demək olar ki, hər biri ya 2 oğlan və ya tək özlərinin görüntüsüdür. Fərqlilik etmək üçün yaxın dostum olan model Natavan Əfəndiyeva ilə birlikdə bu cür addım atdıq. Bəyəniləcəyini düşünmüşdüm. Ancaq bu qədər yox. İzləyən hər kəsə təşəkkür edirəm".
Qeyd edək ki, bu video görüntülər 4 günə 100 mindən çox izləmə toplayıb.