II Bakı Beynəlxalq Teatr Konfransı davam edir

Mədəniyyət və Turizm Nazirliyi, Milli Elmlər Akademiyası və Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə keçirilən II Bakı Beynəlxalq Teatr Konfransında Avropa, Amerika, Afrika və Asiya qitələrindən - ümumilikdə 35 ölkədən 80-dən çox qonaq iştirak edir.

"Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər və alternativlər" mövzusunda II Bakı Beynəlxalq Teatr Konfransının açılış mərasimi Akademik Milli Dram Teatrında gerçəkləşib. Mərasimdə Ədalət Vəliyev tədbirin tarixi əhəmiyyətindən söz açıb.

Beynəlxalq Teatr İnstitutunun vitse-prezidenti, UNESCO-nun sülh artisti və xoşməramlı səfiri Əli Mehdi təşkilatın baş direktoru İrina Bokovanın təbriklərini tədbir iştirakçılarına çatdırıb: "UNESCO bu konfransı dəstəkləyir.

Çünki burada müzakirə olunan mövzular və bu konfransın məqsədləri UNESCO-nun mədəniyyət siyasətinə dəstək verəcək. Təşkilat rəhbərliyi II Bakı Beynəlxalq Teatr Konfransının nəticələrinin müsbət olacağına inanır". Sonra nazirliyinin sifarişi ilə hazırlanan "Dünən, bu gün, sabah" Azərbaycan milli teatr sənətinin elektron bazasının təqdimatı keçirilib.

Bahar Rüstəmli
AzNews.az