“Prezidentin məni ad günümdə “Şöhrət” ordeni ilə təltif etməsi, ad günümə ən böyük hədiyyə oldu”. “Prezidentin məni ad günümdə “Şöhrət” ordeni ilə təltif etməsi, ad günümə ən böyük hədiyyə oldu”.

“Prezident ad günümə ən böyük hədiyyəni verdi” – 60 yaşlı xanəndə

“Prezidentin məni ad günümdə “Şöhrət” ordeni ilə təltif etməsi, ad günümə ən böyük hədiyyə oldu”.



Bunu AzNews.az-a açıqlamasında Xalq artisti, tanınmış muğam ifaçısı Səkinə İsmayılova dünən "Şöhrət" ordeni ilə təltif edilməsinə münasibət bildirərkən deyib. S.İsmayılova 60 illik yubileyində belə bir mükafata layiq görüldüyü üçün prezidentə təşəkkür edib: "Çox sevinirəm. Düşünürəm ki, bu mükafat tək mənə deyil, muğam dünyasında zəhməti olan insanların hamısına verilib. Mən ölkəmizin birinci xanımı Mehriban Əliyevaya da minnətdaram. Bu gün muğama olan diqqət və qayğı Mehriban xanımın zəhmətidir".

S.İsmayılova qeyd edib ki, sənətkarın qazancı dövlətin ona verdiyi dəyərdir.

Xatırladaq ki, fevralın 24-də Azərbaycan prezidenti İlham Əliyev tanınmış xanəndə Səkinə İsmayılovanın "Şöhrət" ordeni ilə təltif edilməsilə bağlı sərəncam imzalayıb.

Bahar RÜSTƏMLİ
AzNews.az