“Böyük oğlum dünən haqqımda yayılan ölüm xəbərini araşdırır. Deyiblər ki, İradə İsaq yayıb. Araşdırırıq ki, görək hadisə necə baş verib?” “Böyük oğlum dünən haqqımda yayılan ölüm xəbərini araşdırır. Deyiblər ki, İradə İsaq yayıb. Araşdırırıq ki, görək hadisə necə baş verib?”

“Daha jurnalistləri evimə buraxmayacam” - Ölüm xəbəri yayılan aktyor

“Böyük oğlum dünən haqqımda yayılan ölüm xəbərini araşdırır. Deyiblər ki, İradə İsaq yayıb. Araşdırırıq ki, görək hadisə necə baş verib?”


Bunu AzNews.az-a açıqlamasında Akademik Milli Dram Teatrının sabiq aktyoru, Əməkdar artist Məcnun Hacıbəyov deyib. O bildirib ki, yayılan məlumatın nəyə əsaslandığı yəqin ki, aydınlaşacaq: "Oğlum da bunu araşdıracaq ki, mənim ölüm xəbərimi niyə yayıblar? Hansı məlumata əsaslanıblar? Mən icazə vermərəm oğlum İradə İsaqı məhkəməyə versin. Ömrüm boyu yaxşılıq eləmişəm, bu gün də kiməsə əl tutmağa çalışıram. Bir həftə əvvəl ANS telekanalından bizə gəlmişdilər. Məni danışdırıb, çəkdilər. Mən o verilişə baxa bilmədim. Çünki televizorum ANS kanalını göstərmir. Həyatdır, hər şey baş verir. Keçənə güzəşt edərlər".

Aktyorun sözlərinə görə, dünən ölüm xəbəri çıxar-çıxmaz "Azdrama"nın bütün kollektivi onunla əlaqə saxlayıb: "Bir günün içində bu qədər zəng olar? Soruşular ki, necəsən? Dedim ki, yaxşıyam. Daha biri də demədi ki, sənin ölüm xəbərin çıxıb. Nəhayət oğlum dedi ki, bəs sənin ölüm xəbərini yayıblar. Bütün kənd, icra nümayəndəsi, bələdiyyə hamısı bir-birinə dəyib. Sağ olduğumu biləndən sonra hamı rahatlaşdı. Axı sağ insanın ölüm xəbərini yazmazlar. Daha heç bir jurnalisti evə buraxmayacağam. Oğlum, qızım deyir ki, qalan ömrünü yaşa".

Aktyor səhhətinin yaxşı olmadığını, xəstə olduğunu deyib: "Ayaq üstə dayana bilmirəm, səhhətim yol vermir ki, harasa gedəm. Xəstəyəm, müalicə olunuram".

Qeyd edək ki, ömrünün qırx ildən çoxunu Azərbaycan teatrına həsr edən 81 yaşlı aktyorun ölüm xəbəri mayın 2–də yayılıb.

Bahar RÜSTƏMLİ
AzNews.az