Xalq artistinin harada dəfn olunması hələlik müəyyənləşməyib Xalq artistinin harada dəfn olunması hələlik müəyyənləşməyib

Yaşar Nuri ilə vida Milli Dram Teatrında keçiriləcək

Xalq artistinin harada dəfn olunması hələlik müəyyənləşməyib



Bu gün səhər saatlarında dünyasını dəyişən Azərbaycan xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Yaşar Nuri ilə vida mərasimi keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən AzNews.az-a verilən məlumata görə, mərasim bu gün saat 13:00-dan 15:00-dək Akademik Milli Dram Teatrında baş tutacaq.

Mərasimdə Mədəniyyət və Türizm naziri Əbülfəs Qarayev, dövlət və hökumət rəsmiləri, ictimai xadimlər və mərhumun sənət dostları iştirak edəcək.

Əvəzolunmaz sənətkarlardan olan Yaşar Nuri son mənzilə ən çox sevdiyi məkandan - Akademik Milli Dram Teatrından yola salınacaq.

Qey edək ki, Yaşar Nurinin harada dəfn olunması hələlik müəyyənləşməyib. Nazirlikdən bildiriblər ki, bu barədə qərar vida mərasimi zamanı bəlli olacaq.

Bahar Rüstəmli
AzNews.az