Yazıçı-dramaturq Firuz Mustafa haqqında yeni kitab işıq üzü görüb. Yazıçı-dramaturq Firuz Mustafa haqqında yeni kitab işıq üzü görüb.

Azərbaycanlı yazıçı haqda yeni kitab

Yazıçı-dramaturq Firuz Mustafa haqqında yeni kitab işıq üzü görüb.


Bu barədə AzNews.az-a yazıçı özü məlumat verib. "Firuz Mustafanın yaradıcılığına baxış (Dörd cəhət)" adlı kitabın müəllifi Qaziantep Universitetinin (Türkiyə) professoru, fəlsəfə üsrə elmlər doktoru Babək Qurbanovdur. Kitabda müəllifin tanınmış filosof, nasir, dramaturq Firuz Mustafanın elmi və ədəbi fəaliyyəti haqqında müxtəlif illərdə yazdığı, Türkiyə və Azərbaycan mətbuatında yayımlanan məqalələri yer alıb.

Qeyd edək ki, tanınmış filosof Babək Qurbanov böyük sənətkarımız, Azərbaycanın Xalq şairi Osman Sarıvəllinin övladıdır. O, uzun illərdir ki, elmi və pedaqoji fəaliyyətini Türkiyə respublikasında davam etdirir. Kitab "MBM" nəşriyyatında çap olunub.



Bahar RÜSTƏMLİ
AzNews.az