Ötən gün Xalq artisti, mərhum sənətkar İlhamə Quliyevanın məzarının üstünə qoyulan güllər oğurlanıb. Ötən gün Xalq artisti, mərhum sənətkar İlhamə Quliyevanın məzarının üstünə qoyulan güllər oğurlanıb.

“O gülləri əzizlərinin üstünə düzsün” - İlhamənin oğlu oğurluqdan danışdı

Ötən gün Xalq artisti, mərhum sənətkar İlhamə Quliyevanın məzarının üstünə qoyulan güllər oğurlanıb.


Bu barədə AzNews.az-a sənətkarın oğlu Orxan Nadirov məlumat verib.

O, bu hadisədən dünən gecə xəbər tutduğunu deyib: "Məzarının üstünə qoyulan əklillərdəki qızıl gülləri çıxarıb aparıblar. Kim aparıbsa anasının-bacısının üstünə qoysun. O gülləri əzizlərinin üstünə düzsün. Normal insan qəbir üstündən gül oğurlamaz".

O. Nadirov qeyd edib ki, bu məsələ araşdırılacaq: "İndi Fəxri Xiyabana gedirəm. Qəbirstanlığa nəzarət edən şəxs var, onunla danışacam. Biabırçılıqdır".

Qeyd edək ki, avqustun 17-də Xalq artisti İlhamə Quliyevanın doğum günü idi.

Bahar RÜSTƏMLİ
AzNews.az