Görmə qabiliyyətini itirənlərə bədii ədəbiyyat nümunələri

"Ulus Film" Prodüser Mərkəzinin rəhbəri Gəray Əlibəyov yeni layihəyə imza atıb. Layihənin əsas məqsədi regionlarında və mərkəzdə görmə qabiliyyətini itirmiş və yaxud görmə qabiliyyəti zəifləmiş ahıl adamları klassik bədii ədəbiyyat nümunələri ilə tanışlığa köməklik göstərməkdir.

G.Əlibəyovun fikrincə, bu forma gənclərin ictimai nəqliyyat vasitələrindən istifadə və yaxud gəzinti zamanı ədəbi nümunələrlə tanış olmaqda köməklik göstərəcək: "Audio disklərin professional səviyyədə yaradılması, hazırlanması və formalaşması gələcəkdə kitabxanalarda oxucular və dinləyicilər üçün ayrıca bir bölümün yaradılmasına gətirib çıxaracaq. Təşkilatımız ümid edir ki, gələcəkdə də klassik və bədii ədəbiyyat nümunələrinin davamlı olaraq audio formasında hazırlanması üzəridə çalışa biləcəyik".

Qeyd edək ki, təşkilat N.Gəcəvinin "Sirlər xəzinəsi" və İ.Şıxlının "Öləm dünyam" əsərlərinin CD disklərdə audio formasında yayılmasını da reallaşdıracaq.

Bahar Rüstəmli
AzNews.az