- Köhnə - Mədəniyyət
- 5 Dekabr 2012 10:38
- 2 621
Rasim Balayev: “Bizi hər şeydən təcrid ediblər” - İTİHAM

Xalq artisti Rasim Balayev AzNews.az-a açıqlamasında Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi qurumun kino haqqında qanunun müzakirəsindən xəbərsiz olduğunu dedi: "Bizi kino ilə bağlı hər şeydən təcrid ediblər.
Belə müzakirələrə bizi çağırmırlar. Kino haqqında gedəcək müzakirədən də xəbərsizik. Dövlət təzə alternativ ittifaq yaratdı. O ittifaq da nə edirsə bizdən xəbərsiz edir. Çünki onlara konkret tapşırıq verilib. Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi qurumun üzvlərini yaxına buraxmayacaqsınız.
Alternativ ittifaq buna görə yaradıldı. Biz kino haqqında qanunu müzakirə etdik, hazırladıq və Milli Məclisə verdik. İndi Müşfüq Hətəmov deyir ki, həmin qanun dövrün tələblərinə cavab vermir? Yaxşı olardı ki, Müşfüq Hətəmov bunun səbəblərini açıqlayaydı. Biz ortaya normal qanun qoymuşuq və o da təsdiq olunub. Bizi sayanın quluyuq, saymayanın ağası. O yerdə ki, özümüzü görə bilmirik, oraya heç vaxt getmərik".
Bahar Rüstəmli
AzNews.az