Azərbaycan tarı YUNESKO-ya daxil edildi

Fransanın Paris şəhərində YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 7-ci sessiyası keçirilir. Sessiyada YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısı müzakirə olunmuş və Azərbaycan tar ifaçılıq sənəti bu siyahıya daxil edilib.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, Azərbaycan nümayəndə heyəti də komitənin sessiyasında iştirak edir.

Onu da bildirək ki, Azərbaycan muğamı, aşıq sənəti və Novruz Bayramı, eyni zamanda Azərbaycan xalçası YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.

Bahar Rüstəmli
AzNews.az