- Köhnə - Mədəniyyət
- 14 Noyabr 2016 19:25
- 9 581
İsrafil İsrafilova Türkiyədə vəzifə verilir
Akademik Milli Dram Teatrının keçmiş direktoru İsrafil İsrafilova Türkiyədə vəzifə veriləcək.
Publika.az-ın əldə etdiyi məlumata görə, keçmiş direktor Türkiyədə məşhur teatrlardan birinə rəhbərlik edəcək. İ.İsrafilovun birdəfəlik qardaş ölkəyə köçdüyü də deyilir.
Publika.az-a açıqlamasında keçmiş direktor Türkiyədə fəaliyyət göstərdiyini etiraf edib:
"Bir müddətdir ki, dəvətlə qardaş ölkədəyəm. Burada ustad dərsləri keçirəm. Azərbaycana da gəlib-gedirəm. Türkiyədə teatrların birinə rəhbərliklə bağlı danışıqlar gedir. Tam qərar veriləndə sizə də xəbər edəcəm".