Anjelina Coli yeni filmdə Kraliçanı canlandıracaq

Məşhur aktrisa Anjelina Coli "Böyük Yekaterina və Potyomkin" filminə çəkilmək üçün danışıqları davam etdirir.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, aktrisa The Hollywood Reporter nəşrinə müsahibəsində yeni layihələri barədə danışıb. Coli “Sevən casus”, “Malefisent 2” və rus çariçası haqqında bioqrafik filmə çəkiləcək.

Yekaterina haqda film Saymon Sebaqa-Montefiorenin əsəri əsasında çəkiləcək. Əsər imperatritsa ilə knyaz Potyomkinin münasibətləri haqqındadır.

Bununla yanaşı Anjelina Coli Alessandro Barikkonun “Qansız” romanını ekranlaşdırmağı planlaşdırır.