Xalq artisti Fuad Poladovun “Boy çiçəyi” tamaşasındakı Həsənzadə obrazını Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Ramiz Novruz oynayacaq. Xalq artisti Fuad Poladovun “Boy çiçəyi” tamaşasındakı Həsənzadə obrazını Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Ramiz Novruz oynayacaq.

Fuad Poladovu bu aktyor əvəz edəcək- Rəsmi açıqlama

Xalq artisti Fuad Poladovun “Boy çiçəyi” tamaşasındakı Həsənzadə obrazını Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Ramiz Novruz oynayacaq.

Teatrın mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, “Boy çiçəyi və ya sən həmişə mənimləsən” tamaşası martın 10-da, Milli Teatr Günü münasibəti ilə təqdim olunacaq. Xalq yazıçısı İlyas Əfəndiyevin pyesi əsasında hazırlanan tamaşanın rejissoru Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, Xalq artisti Azər Paşa Nemətdir. Tamaşada əsas rolları xalq artisti Ramiz Novruz, əməkdar artistlər Məsmə Aslanqızı, Hicran Nəsirova, Almaz Amanova, Əjdər Həmidov, Sabir Məmmədov, aktyorlar Rada Nəsibova, Elnar Qarayev və Fəridə Əliyeva ifa edirlər.

Ata qayğısından məhrum olan Nargilənin zavod direktoru Həsənzadəyə olan məhəbbətindən bəhs olunan tamaşada cərəyan edən hadisələr bu günümüzlə səsləşir.

Tamaşanın ilk nümayişi 2011-ci il noyabrın 2-də olub. Həsənzadə obrazı Xalq artisti Fuad Poladovun ifasında təqdim olunub. Fuad Poladov 2016-ci ildə teatrın aktyoru Hikmət Rəhimova qarşı edilən haqsızlığa görə teatrdan istefa verib.

Bahar RÜSTƏMLİ

AzNews.az