- Köhnə - Mədəniyyət
- 28 Mart 2017 16:23
- 17 549
Ramiz Məlik həmkarına əsəbiləşdi: “Bu sənə baş ucalığı gətirməz”
Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Ramiz Məlik muğam ifaçısı Əlibala Məmmədovun müdafiəsinə qalxıb.
AzNews.az xəbər verir ki, o, Əməkdar artist Əlu Nuru Əlibala Məmmədovun ünvanına dediyi sözlərə görə qınayıb:
“Əlibala, yenə başladın? Əlibala Məmmədov muğamı gözəl bilir, özü də ustaddır. Onun ifaçılara verdiyi qiymət iştirakçıların öz üzərində daha mükəmməl çalışmaları üçündür. Bir də ağsaqqal, korifey muğam ustadına bu cür söz demək sənə baş ucalığı gətirməz.”
Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Əli Nur Xalq artisti, Muğam müsabiqəsinin münsiflər heyətinin üzvü Əlibaba Məmmədovu paxıllıqda ittiham edib. Aktyor bildirib ki, münsüflər heyətinin yüksək bal verdikləri muğam iştirakçılarının ballarını Xalq artisti Əlibala Məmmədov qəsdən kəsir.
Bahar RÜSTƏMLİ
AzNews.az