- Köhnə - Mədəniyyət
- 29 Mart 2017 17:24
- 7 748
Məşhur yazıçı plagiatlıqda ittiham olunur
Amerikalı yazıçı Stiven King romanın baş qəhrəman obrazını oğurlamaqda ittiham olunur.
AzNews.az TMZ portalına istinadən xəbər verir ki, “The Rook” komikslərinin adı açıqlanmayan yaradıcısı Kingin “Qaranlıq qüllə” silsilə romanlarında onun baş qəhrəman obrazını oğurladığını iddia edib. O, Kingin plagiata görə 500 milyon dollar məbləğində kompensasiya ödəməsini tələb edib.
Yazar qeyd edib ki, “Qaralıq qüllə”nin əsas personajı Roland Diskeyn onun baş qəhrəmanı Restin Deynin əsasında yaradılıb. Onun sözlərinə görə, eynilik sadəcə inisiallarla yekunlaşmır, personajların hər ikisinin zamanlar arasında səyahət etməsi, monstrlarla mübarizə aparması, romantik macəraların ölməz qəhrəmanı olmaları da oxşarlıqlar arasında yer alır.
Portalın məlumatına görə, Restin Deyni 1977-ci ildən 1983-cü ilə qədər 5 milyon komiks jurnalında görmək olar. “Qaranlıq qüllə” isə 1982-ci ildə işıq üzü görüb. Portal yazır ki, King özü də “The Rook” u oxuduğunu inkar etmir.