Qoyun otararkən oxuduğu mahnı ilə gündəmə gələn çoban Pərvin Səfərov Milli Konservatoriyaya qəbul olunacaq. Qoyun otararkən oxuduğu mahnı ilə gündəmə gələn çoban Pərvin Səfərov Milli Konservatoriyaya qəbul olunacaq.

Səsi ilə internetdə məşhurlaşan çoban: “Qoyunları anama etibar edəcəm”

Qoyun otararkən oxuduğu mahnı ilə gündəmə gələn çoban Pərvin Səfərov Milli Konservatoriyaya qəbul olunacaq.

Bu barədə AzNews.az-a onun özü məlumat verib. O, bildirib ki, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi ilə görüşüb:

“Görüş çox yüksək səviyyədə keçdi. O, məni muğam ifaçıları ilə birlikdə dinlədi. Aygün Bayramova, Nəzakət Teymurova, Mənsum İbrahimov mənə qulaq asdılar və mənim təhsil almağımı istədilər. Qəbul imtahanı verib vokal şöbəsinə qəbul olunmalıyam.”

Pərvin Səfərov qeyd edib ki, tələbə adını alandan sonra qoyunları ilə vidalaşaçaq: “Qoyun otarırdım, indisə ziyalı şəxslərin arasındayam. Çox gözəl bir həyat, xoşbəxtəm. Qoyun otarsam da ən böyük arzum musiqi sahəsində təhsil almaqdır. İnşallah arzum həyata keçən kimi qoyunlarıma əlvida deyəcəm. Qoyunlar mənim dolanışıq yerimdir, gündəlik çörək pulumdur. Düzdür, mən qoyunları atmayacam, onu ancaq anama etibar edə bilərəm.”

Bahar RÜSTƏMLİ

AzNews.az