“MƏLİKMƏMMƏD VƏ ZİBA” - İlin ən bomba komediyası+Video

11 MAYdan kinoteatrlara ilin ən bomba komediyası -“MƏLİKMƏMMƏD VƏ ZİBA” gəlir!

AzNews.az xəbər verir ki, yeni komediyanın ssenari müəllifi və quruluşçu rejissoru Ruslan Hüseynovdur. Film Mingəçevir və Bakı şəhərlərində lentə alınıb. Komediyanın sujet xətti Məlikməmmədin başına gələn dramatik hadisələr, komik vəziyyətlərdədən ibarətdir. “Məlikməmməd və Ziba” komediyasında Nofəl Şahlaroğlu, Qorxmaz Əlilicanzadə, Əzizağa Əzizov, Teymur Məmmədov, Mətanət Əliverdiyeva, Fatma Mahmudova, Nərgiz Zamir, Aynur Abbasova, Midhət Aydın, İntiqam Soltan və başqaları çəkilib.

Filmin quruluşçu operatoru İlkin Şirinli, baş prodüser Ruslan Zeynalovdur.

“Məlikməmməd və Ziba” komediyasının Qala gecəsi mayın 9-u Flame Towers Baku Park Cinemada keçiriləcək. Mayın 11-dən isə tamaşaçılar filmi şəhərin kinoteatrlarında izləyə biləcəklər.